AZ

Ölkədə ən çox maaşı bu şəxslər alır – MƏBLƏĞLƏR

Azərbaycanda ən çox əməkhaqqı verilən sahələr açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı illik müqayisədə 9,4 faiz artaraq 1086,3 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3835,2 manat, qeyri neft-qaz sektorunda 1035,4 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1059,2 manat, özəl müəssisələrdə isə 1112,8 manat olub.

Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində qeyri-dövlət sektorunda qeydə alınıb – ayda 4 278,2 manat, ən aşağı əməkhaqqı isə qeyri-dövlət sektorunda sosial təmin sahəsində qeydə alınıb – ayda 625,5 manat. (İqtisadiyyat.az )

Seçilən
26
1
nocomment.az

6Mənbələr