AZ

Dünyada Nipah virusu ilə bağlı həyəcan: Daha bir ölkə sərhədlərdə tibbi nəzarəti gücləndirdi

Qazaxıstanın Səhiyyə Nazirliyi Hindistanda yayılmaqda olan Nipah virusu ilə əlaqədar ölkənin bütün sərhəd-keçid məntəqələrində sanitariya və karantin nəzarətini gücləndirib.

Editor.az xəbər verir ki, ölkədə hələlik Nipah virusuna yoluxma faktı qeydə alınmayıb. Bununla belə, mümkün “idxal olunmuş yoluxma” riskinə qarşı xəstəxanalar və təcili tibbi yardım briqadaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

Hindistanda Nipah virusuna yoluxma hallarının artması fonunda Qazaxıstan sərhədlərdə səhiyyə tədbirlərini sərtləşdirib. Səhiyyə Nazirliyi bazar ertəsi yaydığı açıqlamada bütün sərhəd-keçid məntəqələrində gigiyenik və karantin yoxlamalarının gücləndirildiyini bildirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
44
editor.az

1Mənbələr