AZ

Bayram Şəmmədov: “Baxımlı bir döyüş olacağına inanıram”

“Rəqibim fiziki cəhətdən güclüdür və əsasən güləş üslubunda döyüşür”.

Bu sözləri Azərbaycanın MMA döyüşçüsü Bayram Şəmmədov deyib.

O, “Venum Fight” turnirində keçirəcəyi növbəti döyüş haqqında danışıb.

“Hazırlığım yüksək səviyyədə davam edir, özümü çox yaxşı hiss edirəm. Hazırda çəki salma mərhələsindəyəm. Hazırlığım Ruslan Efendiyevin nəzarəti altında, Heydər Əliyev İdman Sarayında keçir”, - deyə o, offsideplus.az-a açıqlamasında bildirib.

İdmançı rəqibi Ruslan Satıev haqqında bunları deyib:

“Rəqibim haqqında bildiyim odur ki, güləş yönümlü idmançıdır və mən də buna uyğun şəkildə hazırlaşıram. Çox maraqlı və baxımlı bir döyüş olacağına inanıram. İnşallah, qalib gəlmək var və rinqdə öz sözümü deyəcəyəm”.

Qeyd edək ki, döyüş yanvarın 30-da Qətərdə baş tutacaq.

İdman.Biz
Seçilən
11
2
idman.biz

3Mənbələr