İran Məhkəmə-Ədliyyə Sistemi tanınmış güneyli futbolçu Əli Dayiyə məxsus təxminən 50 milyon ABŞ dolları dəyərində olan bütün aktivlərin müsadirə edilməsi ilə bağlı qərar qəbul edib.
Vətəninfo.az xəbər verir ki, bununla bağlı “Middle East 24” məlumat yayıb. Qərara əsasən, Dayiyə məxsus daşınar və daşınmaz əmlaklar, eləcə də maliyyə aktivləri dövlət nəzarətinə götürülüb.
Məlumatda, habelə, bildirilir ki, İran milli komandasının türkmən əsilli futbolçusu Sərdar Azmunun da aktivləri müsadirə edilənlər arasındadır.
Qeyd olunur ki, bu addımlar ölkədə baş verən son etirazlarla əlaqəli olduğu iddia edilən şəxslərin cəzalandırılmasına yönəlmiş genişmiqyaslı tədbirlərin tərkib hissəsidir. (