AZ

Azərbaycanda 17 məscidəİMAM AXTARILIR

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib.

 

Senzor.az bildirir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Qeyd edilib ki, Komitə imam vəzifəsi üzrə 17, imam müavini vəzifəsi üzrə 31 məsciddə vakant yer elan olunub.

 

Bununla bərabər, kişi dini ayinlərin icraçısı vəzifəsi üzrə 9, qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə isə 4 məsciddə müsahibə elan edilib.

 

Müsahibədə iştirak etmək istəyən namizədlər 26 yanvar 2026-cı il saat 9:00-dan 25 fevral 2026-cı il saat 18:00-dək sənədləri elektron qaydada [email protected] adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16, AZ 1001) təqdim etməlidirlər.

 

İmam vəzifəsi üzrə:

 

1. Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi “Şeyx Sədrəddin Badikubi” məscidi – 1 yer

 

2. Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbə məscidi – 1 yer

 

3. Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, “Şamlı” məscidi – 1 yer

 

4. Bakı şəhəri, Yasamal rayonu “Yasamal Hüseyniyyəsi” ibadət evi – 1 yer

 

5. Qusar şəhəri “Mustafa Kazdal” məscidi – 1 yer

 

6. Siyəzən rayonu Sədan kəndi “Cümə” məscidi – 1 yer

 

7. Şirvan şəhəri "Zeynəlabidin" məscidi – 1 yer

 

8. Şirvan şəhəri “Cümə” məscidi – 1 yer

 

9. Salyan şəhəri “Beytül Əli” məscidi – 1 yer

 

10. Salyan rayonu Xıdırlı kənd məscidi – 1 yer

 

11. Biləsuvar şəhəri “İmam Zaman” məscidi – 1 yer

 

12. Şəki rayonu Şin kənd məscidi – 1 yer

 

13. Gəncə şəhər “Qırıxlı” məscidi – 1 yer

 

14. Kürdəmir rayonu Sığırlı kənd “Fatimeyi Zəhra” məscidi – 2 yer

 

15. İsmayıllı rayonu Lahıc qəsəbəsi “Bədöyün” məscidi – 1 yer

 

16. Astara rayonu Sım kənd məscidi – 1 yer

 

17. İmişli şəhəri “İmam Əli” məscidi – 1 yer

 

İmam müavini vəzifəsi üzrə:

 

1.   Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi “Cümə” məscidi – 1 yer

 

2.   Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbə məscidi – 1 yer

 

3.  Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsi “Cümə” məscidi – 1 yer

 

4.  Bakı şəhəri Binəqədi rayonu Əliçıraq yaşayış massivi “Əliçıraq” məscidi – 1 yer

 

5.  Xızı şəhər məscidi – 1 yer

 

6.  Abşeron rayonu Görədil qəsəbəsi “Əbdürrəhman” məscidi – 1 yer

 

7.  Quba şəhəri "Ağ məscid" məscidi – 1 yer

 

8.  Xaçmaz rayonu Xudat şəhər “İmam Hüseyn” məscidi – 1 yer

 

9.  Xaçmaz rayonu Pirquluoba kənd məscidi – 1 yer

 

10.  Qusar rayonu Mucuq-oba kənd məscidi – 1 yer

 

11.  Mingəçevir şəhəri “Zəhra” məscidi – 1 yer

 

12.  Sabirabad rayonu Qaratuğay kənd (2)  məscidi – 1 yer

 

13.  Saatlı rayonu Seyidlər kənd məscidi – 1 yer

 

14.  İmişli şəhəri "İmam Zaman" məscidi – 1 yer

 

15.  Lənkəran rayonu Liman şəhər “Cümə” məscidi – 1 yer

 

16.  Lənkəran rayonu Viyən kənd məscidi – 1 yer

 

17.  Astara rayonu Şahağacı kənd məscidi – 1 yer

 

18.  Lerik rayonu Livədirqə kənd məscidi – 1 yer

 

19.  Hacıqabul şəhəri “Hacı Yadulla” məscidi – 1 yer

 

20.  Neftçala rayonu Bankə qəsəbəsi “Həzrət Əli” məscidi – 1 yer

 

21.  Masallı rayonu Sığdaş kənd məscidi – 1 yer

 

22.  Cəlilabad rayonu Uzuntəpə kəndi “Əbəlfəz” məscidi – 1 yer

 

23.  Yardımlı rayonu Ostayır kənd məscidi – 1 yer

 

24.  Qəbələ rayonu Bunud kənd məscidi – 1 yer

 

25.  Balakən rayonu Yeni Şərif kəndi "Mərkəzi" məscidi – 1 yer

 

26.  Qax rayonu Tasmalı kəndi "Cümə" məscidi – 1 yer

 

27.  Zərdab rayonu Qoruqbağı kənd məscidi – 1 yer

 

28.  Ucar rayonu Qazıqumlaq kəndi "Həzrəti Osman" məscidi – 1 yer

 

29.  Şamaxı rayonu Mərzəndiyə kəndi “Şikar” məscidi – 1 yer  

 

30.  Ağsu rayonu Ərəbuşağı kənd məscidi – 1 yer

 

31.  Qobustan rayonu Ərəbşalbaş kəndi "Hacı Gülmalı" məscidi – 1 yer

 

Dini ayinlərin icraçısı vəzifəsi üzrə:

 

1.  Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi “Qədim Cümə” məscidi – 1 yer

 

2.  Quba rayonu İspik kənd məscidi – 1 yer

 

3.  Ağdaş rayonu Yuxarı Ləki kəndi “Məhəmmədəli” məscidi – 1 yer

 

4.  Ağdaş rayonu Ərəbocaq kənd məscidi – 1 yer

 

5.  Bərdə şəhəri “İmamzadə” məscidi – 1 yer

 

6.  Biləsuvar rayonu Çaylı kənd məscidi – 1 yer

 

7.  Zaqatala rayonu Lahıc kənd məscidi – 1 yer

 

8.  Zərdab rayonu Əlibəyli kənd məscidi – 1 yer

 

9.  Göyçay rayonu Mallı-Şıxlı kənd məscidi – 1 yer

 

Qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə:

 

1.  Bakı şəhəri, Yasamal rayonu “Yasamal Hüseyniyyəsi” ibadət evi – 1 yer

 

2.  Bərdə şəhəri “Cümə” məscidi – 1 yer

 

3.  Yevlax şəhəri “Cümə” məscidi – 1 yer

 

4.  Qəbələ şəhəri “Səkkizguşəli” məscidi – 1 yer

 

Seçilən
40
2
senzor.az

10Mənbələr