AZ

Bu qış Almatı dağlarında beş nəfər həlak olub

Astana, 26 yanvar, AZƏRTAC

Bu qış Almatı dağlarında beş nəfər həlak olub.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin Respublika Əməliyyat Xilasetmə Dəstəsinin baş xilasedicisi Vadim Pak brifinqdə məlumat verib.

“Bu qış 25 nəfərdən çox insan xilas edilib. Təəssüf ki, beş nəfər həlak olub. Baş vermiş hadisələrin əksəriyyətində səbəb təhlükəsizlik qaydalarının pozulmasıdır. İnsanlar marşruta hazırlaşmayıblar, düzgün geyinməyiblər, qar uçqunları və donvurma kimi riskləri lazımi qədər qiymətləndirməyiblər”, – deyə Pak qeyd edib.

Onun sözlərinə görə, meyillilik bucağı 30–45 dərəcədən çox olan yamaclar, qarla örtülmüş kuluarlar və qar yağmasından sonrakı küləkli sahələr daha çox uçqun təhlükəli ərazilər hesab olunur. Turistlərə qar yağdıqdan sonra altı gün ərzində dik yamaclara çıxmaq və qar karnizlərinin altında qalmaq tövsiyə edilmir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
52
azertag.az

1Mənbələr