AZ

Türkiyə Azərbaycandan elektrik enerjisi idxalını artırıb

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyətəqribən 594,193 milyon kVt/saat həcmində elektrik enerjisi ixracedilib.

Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bumiqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən36,045 milyon ABŞ dolları olub.

Türkiyəyə elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü iləmüqayisədə həcm ifadəsi ilə 174,008 milyon kVt/saat və ya 41,4%,dəyər ifadəsi ilə 9,3 milyon ABŞ dolları, yaxud 34,9% artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzindəAzərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran vəTürkiyəyə 69,7 milyon ABŞ dolları dəyərində, 1,221 milyard kVt/saathəcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan vəİrandan 7,2 milyon ABŞ dolları dəyərində 167,5 milyon kVt/saatelektrik enerjisi idxal edib.

Seçilən
99
10
az.trend.az

10Mənbələr