AZ

Yeni araşdırma: Al ideya yaratmaqda insanı geridə qoyur

Yeni bir elmi araşdırma göstərir ki, generativ süni intellekt sistemləri, xüsusilə GPT-4, bəzi yaradıcı qabiliyyətlərdə orta insan performansını üstələyir.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmaya görə, ideya yaratma və orijinal düşüncə kimi sahələrdə AI daha yüksək nəticələr göstərir.

Tədqiqat Scientific Reports jurnalında dərc olunub və Montréal Universitetindən professor Karim Jerbi ilə tanınmış AI tədqiqatçısı Yoshua Bengio tərəfindən aparılıb. Bu araşdırma süni intellektin yaradıcı bacarıqlarını qiymətləndirən ən genişmiqyaslı işlərdən biri hesab olunur.

Nəticələrə əsasən, GPT-4 müxtəlif yaradıcılıq testlərində orta insan göstəricilərini geridə qoyub. Bununla belə, ən yaradıcı 10%-lik insan qrupu, xüsusilə şeir yazma və hekayə qurma kimi daha mürəkkəb yaradıcı sahələrdə AI-ni hələ də üstələyir.

Araşdırma göstərir ki, süni intellekt müəyyən yaradıcı fəaliyyətlərdə insanlardan üstün olsa da, yüksək səviyyəli və incə yaradıcılıq sahələrində insanın liderliyi davam edir.

Zeynəb Tehranlı

Seçilən
1
1
azedu.az

2Mənbələr