AZ

Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

Ermənistan COP17-də Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır, tezliklə rəsmi dəvət göndəriləcək.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki,  bu barədə ətraf mühit naziri Ambartsum Matevosyan bildirib.

Onun sözlərinə görə, BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci sammitinin keçirilməsi barədə bildirişlər artıq qurumun bütün 196 üzv ölkəsinə göndərilib, tezliklə isə rəsmi dəvətlər çatdırılacaq.

Qeyd edək ki, COP17 bu il oktyabrın 18-30-da Ermənistanda keçiriləcək. (Apa)

Seçilən
90
14
fed.az

10Mənbələr