AZ

Uşaqlar niyə yemək yemir?

Son dövrlərdə valideynlərin ən çox narahat olduğu məsələlərdən biri uşaqlarda iştahanın azalmasıdır. Ancaq mütəxəssislər bildirir ki, az yemək və ya yemək seçmək hər zaman uşağın səhhətində problem olduğu anlamına gəlmir. Eyni zamanda, uşağı zorla yeməyə məcbur etmək də düzgün deyil, çünki bu, gələcəkdə artıq çəki və piylənmə kimi problemlərə yol aça bilər. Bəs uşaqlarda iştahasızlıq hansı səbəblərlə bağlıdır və düzgün qidalanma necə təşkil olunmalıdır? Pediatr Sevda Novruzova Metbuat.az-a açıqlamasında bildirib ki, uşaqlarda iştahanın azalması bəzən qan azlığı və ya qurd invaziyaları ilə əlaqəli ola bilər. Onun sözlərinə görə, bu kimi hallarda uşaqlar mütləq müayinədən keçirilməlidir.Pediatr qeyd edib ki, uşaqların iştahasını artırmaq üçün qida rasionu vitamin və minerallarla zəngin olmalıdır:"Meyvə və tərəvəzlərə, süd və süd məhsullarına, yumurta və ətə üstünlük verilməli, karbohidratlı qidalar isə nisbətən az istehlak olunmalıdır. Xəmir yeməkləri, fastfudlar, şirniyyatlar və qazlı içkilər mümkün qədər az verilməli, hətta rasiondan çıxarılması daha məqsədəuyğundur. Azyaşlı uşaqlar gün ərzində 3 dəfə, daha böyük uşaqlar isə 4 dəfə qidalanmalıdır. Yeməklər arasında əlavə qidaların verilməsi tövsiyə edilmir. Bu qaydalara əməl etməklə uşaqlarda normal iştahanı təmin etmək və artıq çəkidən qorunmaq mümkündür”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
35
metbuat.az

1Mənbələr