AZ

Dünyanın ən güclü orduları açıqlandı − Azərbaycan 60-cı yerdədir


Dünyanın ən güclü ordularının reytinqi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, müvafiq siyahı “Global Firepower” portalında dərc olunub.
145 ölkə arasında birinci yeri ABŞ, ikinci - Rusiya, Çin isə üçüncü yeri tutub.
Hindistan və Cənubi Koreya ilk beşliyi, Fransa, Yaponiya, Böyük Britaniya, Türkiyə və İtaliya isə ilk onluğu tamamlayıb. 
Siyahıda keçmiş SSRİ və region ölkələri aşağıdakı mövqeləri tutublar:
Estoniya –106-cı yer;
Latviya – 102-ci yer;
Litva – 88-ci yer;
Ukrayna – 20-ci yer;
Gürcüstan – 95-ci yer;
Moldova – 136-cı yer;
Rusiya – 2-ci yer;
Türkiyə – 9-cu yer;
Belarus – 70-ci yer;
Qazaxıstan – 58-ci yer;
Azərbaycan – 60-cı yer;
Ermənistan – 101-ci yer;
Qırğızıstan – 109-cu yer;
Özbəkistan – 53-cü yer;
Tacikistan – 100-cü yer;
Türkmənistan – 78-ci yer;
İran – 16-cı yer.
Qeyd edək ki, “Global Firepower” reytinqi 2016-cı ildən bəri yenilənir. Onu tərtib edənlər iqtisadi, logistika və coğrafi göstəricilər də daxil olmaqla 60-dan çox göstəricini nəzərə alırlar. Nüvə arsenalları reytinqə daxil deyil.

Nazlı Rəcəbova
Seçilən
43
1
yeniavaz.com

2Mənbələr