Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti vəzifəsinə seçilib.
Publika.az xəbər verir ki, bu barədə Rubinyan özünün "Facebook" səhifəsində bildirib.
O, bu vəzifəyə Ermənistan üçün ayrılmış kvota çərçivəsində gətirilib.