AZ

ABŞ-da şəxsi təyyarə qəzaya uğrayıb

Bazar günü axşam saatlarında Men ştatının Banqor Beynəlxalq Hava Limanında göyərtəsində səkkiz nəfərin olduğu şəxsi təyyarə qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, CBS telekompaniyasının məlumatına görə, təyyarədəki sərnişinlərin taleyi barədə hələlik məlumat yoxdur.

Qəzadan dərhal sonra təcili yardım xidmətləri hadisə yerinə yollanıb. İnsidentin ardınca hava limanı bağlanıb. Federal Mülki Aviasiya İdarəsi və Nəqliyyatda Təhlükəsizlik üzrə Milli İdarə qəza ilə bağlı təhqiqata başlayıb.

Qəzanın səbəbi məlum deyil. Hadisə ölkənin şimal-şərqdə şiddətli qar fırtınası zamanı baş verdiyi deyilir.

Xatırladaq ki, bir müddət öncə güclü qarla müşayiət olunan qasırğa səbəbindən ABŞ-ın 24 ştatında fövqəladə vəziyyət rejimi elan edilib və ümumilikdə 17 mindən çox aviareys ləğv olunub.

Seçilən
0
3
yeniazerbaycan.com

4Mənbələr