“Çelsi” “Şeffild Uensdey” 17 yaşlı futbolçusu Yiso Alaonu transfer edib.
Msport.az xəbər verir ki, sol cinah müdafiəçisi iə 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Alao “Şeffild Uensdey”in əsas komandasında ötən ilin avqustunda debüt edib.
London klubu bu transferə görə təxminən 575 min avro ödəyib.