“Liverpul”un baş məşqçisi Arne Slot istefaya göndərilə bilər. Metbuat.az xəbər verir ki, istefanın UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək “Qarabağ”la matça qədər reallaşacağı irəli sürülür. İngiltərə mətbuatında dərc edilən xəbərə görə, “Bornmut”a 2:3 hesablı məğlubiyyətdən sonra rəhbərlik məşqçini istefaya göndərməyə qərar verib.
İddialara görə, rəhbərlik Stiven Cerardın namizədliyini nəzərdən keçirir.