AZ

ABŞ və Ermənistan TRIPP layihəsini müzakirə etdi


Ermənistan və ABŞ TRIPP (“Tramp Marşrutu”) layihəsinin həyata keçirilməsi prosesini müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə Ermənistanı ölkə parlamentinin xarici əlaqələr üzrə daimi komitəsinin sədri Sarqis Xandanyan və ABŞ-ni ölkə Konqresinin xarici əlaqələr komitəsinin nümayəndəsi Lens Kokonos təmsil edib.
“Görüş zamanı tərəflər TRIPP layihəsinin həyata keçirilməsinin vacibliyini müzakirə edib, həmçinin yaxın perspektivdə bu istiqamətdə daha sonrakı iş və praktiki addımlarla bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda bildirilib.
Seçilən
63
5
yeniavaz.com

10Mənbələr