AZ

Anasını taksi ilə evə çağıraraq öldürüb - Sabunçudakı qətlin DETALLARI- VİDEO

Ajans.az xəbər verir ki, hadisə günü Emil Ağayev həyat yoldaşı ilə qayınanasının evində qalıb. Səhər saatlarında isə öz evinə qayıdaraq anasının işdən gəlməsi üçün taksi göndərib. Həyat Ağayeva evə daxil olduqdan sonra o, bıçaqlanaraq öldürülüb. Qonşular bildiriblər ki, ailə sakit və münaqişəsiz tanınıb, hadisə hər kəsi təəccübləndirib. Digər bir qonşu isə Emil Ağayevin narkotik istifadəçisi olduğunu iddia edib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
124
4
Ajans.az

5Mənbələr