Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Avropanın öz təhlükəsizliyinə görə məsuliyyəti ABŞ-nin üzərinə qoyduğu vaxt bitdi".
Oxu.Az xəbər verir ki, bu fikri NATO-nun baş katibi Mark Rütte Avropa Parlamentindəki müzakirələr zamanı səsləndirib.
Onun sözlərinə görə, Avropa "sənaye bazasını" gücləndirməli və hər il ümumi daxili məhsulun 5%-i həcmində müdafiəyə investisiya qoymalıdır:
"Biz bunu tez etməliyik. Birincisi, ona görə ki, təhlükəsizlik vəziyyəti bunu tələb edir. Hazırda təhlükəsizliyimizə qarşı real və uzunmüddətli çağırışlarla üz-üzəyik. İkincisi, ona görə ki, ümumi təhlükəsizliyimiz üçün yükün böyük hissəsini ABŞ-nin daşımasına rahatlıqla icazə verdiyimiz vaxt sadəcə bitdi".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.