AZ

Berlində enerji obyektindəki diversiyaya dair məlumata görə bir milyon avro mükafat veriləcək

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniya hökuməti yanvarın əvvəlində paytaxt Berlindəki enerji infrastrukturu obyektində baş vermiş diversiyanın araşdırılmasına kömək edəcək məlumat üçün bir milyon avro məbləğində mükafat təyin edib.

Oxu.Az "Berliner Zeitung" qəzetinə istinadən xəbər verir ki, bu barədə Berlin Deputatlar Palatasının komitə iclasında daxili işlər üzrə senator İris Şpranger bəyan edib.

Şprangerin sözlərinə görə, söhbət "misli görünməmiş hadisədən" gedir.

Xatırladaq ki, yanvarın 3-də asma kabel körpüsünün yandırılması nəticəsində Berlində təxminən 50 000 ev təsərrüfatı və 2 000 müəssisə elektriksiz qalıb.

Diversiyaya görə məsuliyyəti 14 il ərzində Berlin və Brandenburqda müxtəlif adlar altında fəaliyyət göstərən "Vulkan" anarxist qruplaşması öz üzərinə götürüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
oxu.az

1Mənbələr