AZ

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Mədəniyyət Nazirliyi dövlət teatrlarının idarəetmə sistemində köklü dəyişikliklər edərək yeni struktur və ştat cədvəllərini təsdiqləyib. “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə əsasən qəbul edilən bu qərarla bədii rəhbər və baş rejissor kimi strateji vəzifələr ləğv olunub. Yeni qaydalara görə, teatrların daxili fəaliyyəti artıq fərdlər üzərində deyil, ixtisaslaşmış şöbələrin kordinasiyası ilə tənzimlənəcək.Təsdiqlənən yeni əsasnaməyə əsasən, uzun illərdir teatrın siması və yaradıcı beyni hesab edilən bədii rəhbər, baş rəssam və baş rejissor postları ştat cədvəlindən çıxarılıb. Nazirlik bu addımı idarəetmədə müasir standartlara keçid və çevikliyin artırılması ilə əsaslandırır. Ləğv edilən vəzifələrin funksiyalarını yerinə yetirmək üçün Yaradıcılıq, Tərtibat, Maliyyə və Marketinq əsaslı yeni departamentlər fəaliyyətə başlayacaq. Bu şöbələrin yaradılması teatrların həm bədii keyfiyyətini qorumaq, həm də iqtisadi müstəqilliyini və tamaşaçı marağını artırmaq məqsədi daşıyır.Demokrat.az həmin qərar nəticəsində işini itirən bəzi şəxslərin siyahısını təqdim edir.Azərbaycan Dövlət Akademik Dram Teatrı - Bədii rəhbər, baş rejissor Mehriban Ələkbərzadə, baş rəssam Nazim BəykişiyevDövlət Akademik Musiqili Teatrı - baş rejissor Cavid İmamverdiyev, baş rəssam Vüsal RəhimovDövlət Akademik Rus Dram Teatrı - bədii rəhbər, baş rejissor Aleksandr ŞarovskiBakı Uşaq və Gənclər Teatrı - bəddi rəhbər İntiqam Soltan, baş rejissor İlhamə ƏhmədovaDövlət Yuğ Teatrı - baş rejissor Mikayıl MikayılovDövlət Opera və Balet Teatrı - baş rejissor Hafiz QuliyevAzərbaycan Dövlət Pantomim Teatrı - bədii rəhbər, baş rejissor Bəxtiyar XanızadəAzərbaycan Dövlət Kukla Teatrı - baş rejissor Anar Məmmədov, baş rəssam İqbal Əliyev, quruluşçu rejissor Müşfiq ƏliyevBakı Bələdiyyə Teatrı - baş rejissor Mərahim FərzəlibəyovŞuşa Dövlət Musiqili Dram Teatrı - baş rejissor Anar SadıqovAğdam Dövlət Dram Teatrı - baş rejissor Novruz CəfərovFüzuli Dövlət Dram Teatrı - baş rejissor Asif ŞirinovQax Dövlət Kukla Teatrı - baş rejissor Yusif Abdurahmanov, baş rəssam Mayis AbdullayevSalyan Dövlət Kukla Teatrı - baş rejissor Rafiq MirzəGəncə Dövlət Milli Dram Teatrı - baş rejissor Elşad ƏhmədliSumqayıt Dövlət Dram Teatrı - baş rejissor Firudin MəhərrəmovMingəçevir Dövlət Dram Teatrı - baş rejissor Vüsal Mehrəliyev, baş rəssam Rafael HaşımovŞəki Dövlət Dram Teatrı - baş rejissor Mirbala Səlimli, baş rəssam Sahib ƏhmədovLənkəran Dövlət Dram Teatrı - baş rejissor Anar BabalıNaxçıvan Dövlət Milli Musiqili Dram Teatrı - baş rejissor Mir Qabil ƏkbərovNaxçıvan Dövlət Kukla Teatrı - baş rejissor Nadir Hüseynov Qeyd edək ki, Azərbaycanda 30-da çox dövlət teatrı var. (yenisabah)Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
73
7
demokrat.az

9Mənbələr