AZ

Afrikada meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət ləğv edildi

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (ACDC) meymunçiçəyinin yayılması səbəbindən səhiyyə sahəsində elan edilmiş fövqəladə vəziyyəti ləğv edib.

Oxu.Az xəbər verir ki, bu barədə ACDC rəsmi açıqlama yayıb.

Qərar təcili məsləhət qrupunun tövsiyəsi əsasında qəbul olunub.

Xatırladaq ki, fövqəladə vəziyyət 2024-cü ilin avqust ayında xəstəliyin sürətlə yayılması, əsasən Konqo Demokratik Respublikasında 80 minə qədər yoluxma və 1 300 ölüm halının qeydə alınması səbəbindən elan edilmişdi.

Bildirilir ki, hazırda virusa yoluxma halları 60% azalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
oxu.az

1Mənbələr