AZ

NATO dezinformasiya ilə mübarizə aparmaq süni intellektə keçir

Şimali Atlantika Müqaviləsi Təşkilatı yalan məlumatları real vaxt rejimində aşkarlayaraq təsnif etmək üçün süni intellekt (Sİ) texnologiyalarını tətbiq etməyi planlaşdırır.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu NATO hesabatında yer alıb.

Qeyd olunur ki, "Müharibə zehn oyunudur: Silahlanmış məlumatlara qarşı mübarizə" adlı hesabat yanvar ayında Romadakı NATO Müdafiə Kolleci tərəfindən "Strategiya seriyası" çərçivəsində dərc edilib.

Tədqiqatın müəllifləri Marek Qavlík və Jrji Qoraçek bildiriblər ki, koqnitiv müharibə, reallığın qavranılmasını manipulyasiya etmək üçün informasiyanın silah kimi istifadəsini əhatə edir. Hesabata görə, alyans idrak sahəsinin qorunması üçün üç istiqamətli yanaşmaya əsaslanır: texnoloji, tənzimləyici və təhsil.

Seçilən
80
1
far.az

2Mənbələr