ain.az, Apa.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya məhsullarına tətbiq olunan ticarət rüsumlarının artırılması ilə bağlı bəyanatı ölkənin aparıcı avtomobil istehsalçılarının səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub.
APA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Hyundai Motor"un səhmləri 4,8% dəyər itirib. Daha ciddi eniş isə törəmə şirkətlərdə qeydə alınıb. "Kia Corp"un səhmləri 6%, ehtiyat hissələri istehsalçısı "Hyundai Mobis"in səhmləri isə 5,7% ucuzlaşıb.
Avtomobil sənayesindəki bu eniş bazarın ümumi korrektasiyasından xeyli dərin olub. Müqayisə üçün, Koreya birjasının əsas indeksi cəmi 1,2% azalıb.
Qeyd edək ki, Tramp daha əvvəl Cənubi Koreyadan idxal olunan məhsullara tətbiq edilən rüsumların 15%-dən 25%-ə qaldırıldığını açıqlayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.