AZ

İsrail sonuncu girovun cəsədini geri alıb

ain.az, Reyting.az saytına istinadən bildirir.

İsrail hərbçiləri Qəzza zolağından sonuncu girovun - Ran Qvilinin cəsədini geri alıb.

Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, hazırda şəxsiyyətin müəyyənləşdirilməsi prosesi gedir:

“Milli Məhkəmə Ekspertizası Mərkəzində şəxsiyyətin müəyyən edilməsi prosesi başa çatdıqdan sonra İsrail polisi və Hərbi Ravvinlik ilə əməkdaşlıq çərçivəsində İDF nümayəndələri qaçırılan Ran Qvilinin ailəsinə onun qalıqlarının tanınması barədə məlumat veriblər”.

Qeyd olunur ki, Qəzza zolağında artıq nə diri, nə də ölü israilli girov var.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
reyting.az

1Mənbələr