AZ

Bu gündən məktəblərdə qış tətili başlayır

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025-2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edəcək.

Milli.Az-ın məlumatına görə, 5 gün davam edəcək tətil məktəbəhazırlıq qruplarına da şamil edilir.

Tətildən sonra beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-sidir.

Milli.Az

Seçilən
80
18
milli.az

10Mənbələr