Bununla belə, Elvinin “Fənərbaxça”dan 10 milyon avroluq təklif aldığı iddia edilir. Bəs, futbolçunun qiymətini həqiqətən belə böyük məbləğlə ifadə etmək olarmı?
“Football-plus.az”ın sualını təcrübəli menecer Tural Əsgərli cavabladı:
“Təəssüf ki, sualı istədiyiniz şəkildə cavablamaq mümkün deyil. Deyə bilmərəm ki, Elvinin dəyəri 3, 5 və ya 10 milyon avrodu. Çünki qiymət oyunçunun, sadəcə, ustalığına əsasən formalaşmır. Futbolçunun indiki çıxışı, hansı klublardan təklif alması, təkliflərin hansı çempionatdan gəlməsi və başqa bəzi məqamları nəzərə almaq vacibdi. Bəzən 2 milyon avro tələb edən komandaya 5 milyon avro təklif olunur. Bu gün Elvini hansısa klub 2 milyona, ondan daha zəif futbolçunu başqası 5 milyona ala bilər. İndiki durumda futbolçunun real bazar dəyərini müəyyənləşdirmək mümkün deyil. Bu məsələlər danışıqlardan asılıdı. Vəziyyət elə dəyişər ki, Elvin düşünüləndən daha ucuz və ya baha satıla bilər”.
Maraq üçün qeyd edək ki, Elvinin “transfermarkt”dakı dəyəri 1,5 milyon avrodu.
KƏNAN BAHADIR