AZ

Bu ölkədə təyyarə QƏZASI – Ölənlər var

Avstraliyanın şərqində qəzaya uğrayan yüngül təyyarənin pilotu və sərnişini xəstəxanaya aparılarkən yolda ölüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Brisbane Times” qəzeti məlumat yayıb.

İlkin məlumatlara görə, pilot havaya qalxdıqdan dərhal sonra təcili eniş etməyə cəhd edib, lakin təyyarə uçuş-enmə zolağının kənarında qəzaya uğrayıb və alovlanıb. Təyyarədə olan iki nəfər eniş zamanı xəsarət alıb və pilot kabinəsində qalıb.

Hadisə yerində polis əməkdaşları işləyir, qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Kvinslend Yanğından Mühafizə Xidməti qəza yerində baş verən və yaxınlıqdakı şəkər qamışı tarlalarına yayılan yanğını söndürmək üçün 14 yanğınsöndürmə briqadası və təcili yardım təyyarələrini səfərbər edib.

Seçilən
15
1
nocomment.az

10Mənbələr