AZ

Berlin Kiyevin xahişini rədd edib

ain.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius litvalı həmkarı Robertas Kaunasla birgə keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, Almaniya hazırda Ukraynanı yeni “Patriot” hava hücumundan müdafiə (HHM) sistemləri ilə təmin edə bilmir, çünki Berlin özü çatışmazlıqlarla üzləşib. “Bundan daha çox nə isə edə bilmərik, çünki özümüz əvəzləyici tədarükləri gözləyirik. Berlin artıq öz sistemlərinin üçdə birindən çoxunu Kiyevə verib”, – almaniyalı nazir bildirib. Bundan başqa, o, Almaniyanın artıq Ukraynanın HHM vasitələri ilə dəstəklənməsinə “qeyri-mütənasib töhfə” verdiyini də diqqətə çatdırıb. Yalnız Berlinin Kiyevi “İris-T” sistemləri ilə təmin etdiyini xatırladan Boris Pistorius vurğulayıb ki, bu sistemlər Almaniyanın özündə də azdır. Daha əvvəl isə Fransa Ukraynanın Böyük Britaniyanın “Storm Shadow” qanadlı raketlərini almasını asanlaşdıra biləcək təşəbbüsə qarşı çıxıb. Avropa İttifaqının 11 ölkəsindən ibarət koalisiya Kiyevin Böyük Britaniya silahlarını alması üçün 90 milyard avroluq (78 milyard funt sterlinq) kreditdən istifadəsini tənzimləyən qaydaların yumşaldılmasını təklif edib. Lakin Fransa bu vəsaitin yalnız Aİ daxilində xərclənməsində israrlıdır. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
azvision.az

2Mənbələr