AZ

Kainatdakı qaranlıq maddənin xəritəsi tərtib edildi

Yazını böyüt
Yazını kiçilt

Alimlər "Ceyms Uebb" kosmik teleskopundan əldə olunan şəkillərdən istifadə edərək, görünən Kainatda qaranlıq maddənin paylanmasının ən ətraflı xəritəsini tərtib ediblər.

Hafta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Durham Universitetinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yeni xəritə "Habl" teleskopu tərəfindən hazırlanmış oxşar xəritələrdən iki dəfə böyükdür.

Elm adamları kainatın nəhəng üçölçülü şəbəkə kimi qurulduğunu irəli sürürlər. Astronomlar ümid edirlər ki, bu şəbəkənin müşahidəsi qalaktikaların böyümə mexanizmlərini və kainatın bütün strukturunun formalaşmasını müəyyənləşdirməyə kömək edəcək.

Seçilən
12
2
hafta.az

3Mənbələr