(®) Birmarket istifadəçiləri üçün keçirilən böyük lotereya kampaniyası uğurla başa çatıb.
Minlərlə istifadəçinin iştirak etdiyi kampaniya çərçivəsində iPhone 17 Pro Max, televizorlar, paltaryuyanlar, seyahət sertifikatları və digər dəyərli hədiyyələr oynanılıb və qaliblərə təqdim edilib.
Birmarket lotereyasının əsas mükafatları da artıq sahiblərini tapıb. Kampaniya çərçivəsində ilk avtomobil - Hyundai Sonata Hybrid, daha sonra ikinci avtomobil - KIA K5 Sport, eləcə də lotereyanın 3-cü avtomobili - Avatr 07 Pro rəsmi şəkildə qaliblərinə təqdim olunub. Avatr 07 Pro avtomobilinin qalibi Toğrul Cahangirlidir. O, Birmarket mobil tətbiqi vasitəsilə kitab alaraq lotereyada iştirak edib. Qaliblər bildiriblər ki, etdikləri alış-verişlərə görə lotereya şansları avtomatik hesablanıb və qaliblər tam şəffaf şəkildə, təsadüfi seçim yolu ilə müəyyən edilib.
Eyni zamanda lotereyanın ən böyük və diqqətçəkən hədiyyələrindən biri olan Sea Breeze yaşayış kompleksində yerləşən 2 otaqlı, tam təmirli mənzil də sahibini tapıb. Mənzilin qalibi Astara şəhərindən olan 20 yaşlı tələbə İbrahim Rzayevdir. O,Birmarket mobil tətbiqi vasitəsilə cəmi bir yastıq alaraq lotereyada iştirak edib və etdiyi adi alış-veriş onu böyük mükafatın sahibi edib.
Qeyd edək ki, Birmarket marketpleys üzərindən istifadəçilər elektronika, gözəllik və ev üçün məhsullar daxil olmaqla minlərlə məhsuldan ibarət geniş seçim imkanına malikdirlər.
Kampaniya bir daha sübut etdi ki, gündəlik alış-veriş bəzən böyük qazanclarla nəticələnə bilər.
Birmarket mobil tətbiqini yükləyin, alış-veriş edin və yeni kampaniyalar barədə ilk məlumat alanlardan olun.