AZ

“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər keçirilir

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər davam edir.

"Unikal" xəbər verir ki, layihənin məqsədi müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn təhlükələrdən qorunma mədəniyyətinin inkişaf etdirilməsidir.

Hazırkı mərhələdə korporativ sosial məsuliyyəti layihələri çərçivəsində keçirilən tədbirdə Gəncə – Daşkəsən, Lənkəran – Astara, Quba – Xaçmaz və Mərkəzi Aran Regional Təhsil İdarələrinin tabeliyində olan məktəblərdən 100 müəllim üçün onlayn təlimlər təşkil olunub.

 “Aztelekom”un mütəxəssisləri tərəfindən keçirilən təlimlər fərdi məlumatların qorunması, rəqəmsal təhlükəsizlik, sosial şəbəkələrdə davranış qaydaları, onlayn risklərdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi mövzularını əhatə edir.

Sessiyalar iştirakçıların aktiv iştirakı ilə real vəziyyətlər üzərində aparılan müzakirələr və praktik yanaşmalar əsasında keçirilib.

Növbəti mərhələlərdə layihənin ölkənin digər regionlarını da əhatə etməsi planlaşdırılır.

Xatırladaq ki, layihə bu günədək Lənkəran, Qusar və Şəki rayonlarının kənd məktəblərinin müəllim və şagirdlərini əhatə edib.

Seçilən
59
14
unikal.az

10Mənbələr