AZ

“Dinimizin adı “Quran” deyil, İslamdır” - Hicab taxmaq vacibdir?

Son zamanlar sosial şəbəkələrdə hicabın “Qurani-Kərim”də olmadığı barədə bir sıra məlumatlar əks olunur. Videolarda özünü ekspert, ilahiyyatçı adlandıran şəxslər Quranda hicabla bağlı ayələrin olmadığını, qeyd edilən məlumatların isə yanlış yozulduğunu dilə gətirirlər.

Bəs söylənilən fikirlərin əsası varmı? Hicab taxmaq barədə “Quran”da nə deyilir?

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhmədin sözlərinə görə, son 10 ildə Azərbaycan və Türkiyədə belə bir tendensiya yayılıb:

İlahiyyatçı

““Quran”da bir şey varsa, vardır, yoxsa, yoxdur. Bu səhv tendensiyadır. “Qurani-Kərim”də hicab barəsində bir cümlə, ayə qeyd olmasa belə, hicab islamda vacibdir. Bir şeyin vacib olmasını tək “Quran” müəyyən etmir. Real misallar çəkim. 1400 ildir, hər gün insan ölümü var. Müsəlmanlar arasında ölən insana qüsl verilir, kəfənə bükürlər, sonra xüsusi qaydada dəfn edirlər. Bununla bağlı “Quran”da ayə yoxdur. Hicab barəsində yenə 3-4 ayə var. Ölünü dəfn etmək, qüsl vermək, kəfənə bükmək barədə isə ayə yoxdur. Bilirik ki, insanlar övladlarını evləndirən zaman dini kəbin kəsirlər. Ölkəmizdə də bu var. Ancaq kəbinin kəsilmə qaydası “Quran”da yoxdur. Bəqəsə surəsi 183-cü ayədə bildirilib ki, müqəddəs Ramazan ayında oruc tutmaq bizə vacibdir. Orucu pozan məsələlər “Quran”da yoxdur. Sıx toz, tüstü, siqaret, tünd ətir orucu pozur. Bunların heç biri “Qurani-Kərim”də yer almır. Bizim dinimizin adı “Quran” deyil, İslamdır”.

F.Əhməd qeyd edib ki, bir mövzunun İslamda olub-olmamağı müzakirəyə çıxarıla bilər, amma “Quran”da olub-olmaması deyil: ““Qurani-Kərim”də olmayan bir çox məsələlərə hər iki məzhəbdən(sünni, şiə) olanlar riayət edir. Nəzərə alsaq ki, iki məzhəb arasında bir çox mövzularda fikir ayrılığı yaşanır. Bir insanın hicab taxması, bir insanı kəfənə bükülməsi fərqi nədir? Fərqi budur ki, biri ölü, biri diridir. Hicab barəsində ayə var. Ölünün kəfənə bükülməsi barədə ayə var? Bəs 1400 ildir müsəlmanlar nəyə əsasən buna riayət edirlər? “Qurani-Kərim”də necə yerdə qeyd edilir ki, Allaha itaət edin və onun Rəsuluna. Allaha itaət edin, yəni “Quran”da yazılanlara, Rəsuluna dedikdə isə yəni “Quran”da yazılanların izahına itaət hesab edilir. Misal çəkdiyim ölünü kəfənə bükmək kimi məsələlər də “Quran”da yazılmasa da Peyğəmbər bunu izah edib. Müsəlmanlar isə 1400 ildir buna riayət edir. Namazın xırdalıqları belə müqəddəs kitabda yoxdur. Bu o deməkdir ki, biz namaz qılmamalıyıq? Xırdalıqların “Quran”da olmaması, İslamda olmaması anlamına gəlmir. Nisa surəsi 59-cu ayə kimi bir sıra ayələr var ki, “Peyğəmbərə itaət edin” deyə əmrlər var. “Quran” buyurur ki, namaz qıl. Namazların rükətləri və s. qaydalarla bağlı məlumatlar, azanın deyilmə qaydası “Quran”da yoxdur. Hicab da elə. Hicab barəsində Quranda ayə olmasaydı belə, İslamda vacibdir. Peyğəmbər vacib bilib. Quranda qeyd olunur ki, baş örtüklərinizi sinənizin üzərinə gətirin, insanlar cümlənin sadəcə zahirinə baxırlar. Özlərindən fikir irəli sürürlər. Halbuki ayəni başa düşmək üçün insanlar gedib neçə il təhsil alır. Quranın tərcüməsini açıb oxuyurlar, öz zehinlərində nəyi nəzərdə tuturlarsa onu bu cür izah edirlər. Bu böyük təhlükədir. Hicab Peyğəmbər tərəfindən də vacib olanda bəzi qadınlar sadəcə baş hissəni bağlı saxlayırdılar. Boyun, sinə nahiyəsi açıq qalırdı. Hicab sinənin üzərini örtmürdü. Ayədə bununla bağlı bildirildi. Yoxsa bəziləri elə deyirlər ki, guya başı açıq saxlayıb, sinə tərəfini örtmək nəzərdə tutulur. Xeyr. İslamla bağlı illərlə təhsil alanlar var. Sadəcə tərcümə ilə olsaydı, onda elan edərdilər ki, İslamın bütün möhtəviyyatı, mahiyyəti tərcümələrdir. Qeyri-mümkündür. Tərcümə Qurani Kərimi, İslamı başa düşməkdə 10 faiz rol oynayır ya oynamır. Bəlkə də bu qədər də deyil. Quranda bildirilir ki, zəkat verin. Zəkat hansı mallara düşür deyə bu barədə Quran izah etmir. Ən gözəl göstərici də budur ki, bu mövzuda 14 əsrlik, hətta bir-biri ilə fikir ayrılığı olan ənənəvi məzhəblərin də fikir ayrılığı yoxdur. Bu mühüm məsələdir. Bəzi həqiqətlər bununla sübut olunur ki, iki ənənəvi məzhəbə əsasən də bu belədir. Bunun özü böyük göstəricidir. Kimsə indi çıxıb özünü savadlı sanıb “Məncə” deyir.“Məncə” Qurana ziddir. Hədis mövcuddur ki, kimsə Quranı öz rəyi əsasında yozsa ağzı bağlı cəhənnəmə atılar”.

Seçilən
51
2
turkustan.az

3Mənbələr