AZ

Dərədən 56 yaşlı kişinin meyiti tapıldı: Oğlu qətldə şübhəli bilinir

Şəmkir rayonunda dərədən meyti tapılan şəxsin öldürüldüyü məlum olub, oğlu şübhəli bilinir.

Azreform.info -ın "Report"a istinadən məlumatına görə, rayonun Zəyəm Cırdaxan kənd sakini, 1970-ci il təvəllüdlü Arif Nəbiyevin evinin yaxınlığındakı dərədə onun meyiti tapılıb.

Aparılan araşdırmalar nəticəsində onun qətlə yetirildiyi məlum olub.

Hadisənin törədilməsində onun yeniyetmə oğlu şübhəli bilinir.

Həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
40
2
azreform.info

3Mənbələr