Rusya ordusunun hücumu nəticəsində Odessada 22 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lysakinə bildirib.
Məlumata görə, şəhərə endirilən kütləvi zərbə nəticəsində infrastruktur obyektlərinə, çoxmənzilli yaşayış binalarına, uşaq bağçasına, mağazaya və tikinti sahəsinə ziyan dəyib.