AZ

Vinisius “Real Madrid” rəhbərliyinə vaxt verdi

BAKI, 27 yanvar. TELEQRAF

İspaniyanın “Real Madrid” klubunun braziliyalı futbolçusu Vinisius Juniorun klubdakı gələcəyi ilə bağlı yeni detallar açıqlanıb.

Teleqraf “El Nacional” nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı hücumçu rəhbərliyə bildirib: əgər müqaviləsinin uzadılması məsələsi aprel ayına qədər həll olunmasa, o, klubu tərk etməyə hazırdır.

Bildirilir ki, Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlifi başda olmaqla braziliyalı forvarda bir neçə təklif var. İddialara görə, Vinisius illik təxminən 30 milyon avro maaş almağı planlaşdırır.

Transfermarkt portalı futbolçunun bazar dəyərini 150 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Vinisius Junior 2018-ci ildə 45 milyon avro qarşılığında “Flamenqo”dan Madrid “Real”ına transfer olunub. Cari mövsümdə “kral klubu”nun heyətində 31 oyuna çıxan futbolçu 7 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Vinisiusun “Real Madrid"lə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
51
teleqraf.com

1Mənbələr