Yəqin xanımın "Müqavilələr hüququ haqqında Vyana Konvensiyası" ilə dərin tanışlığı yoxdur. Nizamnamədə yazılıb ki, bu beynəlxalq təşkilatdır. Belədə əhatə dairəsinə görə universal beynəlxalq təşkilat demək olar. Amma beynəlxalq təşkiların təsis olunma qaydaları var. Beynəlxalq publik hüququn suyekti sayılan beynəlxalq təşkilatın əsas əlamətləri bunlardır:
-Beynəlxalq Təşkilatın nizamnamsi (təsis sənədi) olmalıdır və bu təşkilata qoşulan dövlətlərin icra hakimiyyətləri onu imzalamalı və parlamentləri də ratifikasiya etməlidir. Ratifikasiya olunmayan sənəd necə tam qüvvəyə minə bilər? Doğrudur nizamnamənin 11.1 maddəsində göstərilir ki, bu nizamnamə 3 dövlət imzaladıqdan və dövlətlərin daxili qaydalarına uyğun olaraq ratifikasiya oldunduqdan sonra qüvvəyə minir. Bu halda hələ nə ABŞ konqresi, nə də imza edən digər dövlətlərin parlamentləri bu sənədi ratifikasiya etməyib. Amma artıq sədr var.
-Beynəlxalq Təşkilatın strukturu, daimi orqanları və işçi heyəti və konkret mənzil-qərargahı olmalıdır.
-Beynəlxalq təşkilata üzv olan dövlətlər həmin təşkilatda bərabər hüquqla iştirak etməlidir. Ən azı onun ali orqanında (assambleyasında) hər dövlətin bir səsi olmalıdır;
-Beynəlxalq Təşkilatın ali orqanı onun rəhbər heyətini (icra orqanlarını) formaladırmalıdır. və s.
Bunlar baş verməyibsə onun artıq funksional beynəlxaq təşkilat kimi təqdim etmək olmaz.
Digər məsələlər:
-Nizamnamədə depozitar qismində ABŞ göstərilir, halbuki beynəlxalq universal və regional təşkilatların nizamnamələrinin depozitarı qismində BMT çıxış edir.
-Universal beynəlxalq təşkilatın bir qayda olaraq bir neçə rəsmi dili olur. Bu nizamnaməyə görə rəsmi dil yalnız ingilis dilidir.
-Təşklatdan çıxmaq-denonsasiya məsələsi də fərqli tənzimlənir. Yəni üzv dövlətin göndərdiyi məktub kifayət edir, halbuki, denonsasiya da ratifikasiya kimi eyni prosedurla olmalıdır.
-missiya cəmi bir abzasdır. Fəaliyyət mexanizmləri demək olar göstərilmir.
-Beynəlxalq təşkiltların əsas maliyyə mənbəyi üzv dövlətlərin üzvlük haqqı olmalıdır. Nizamnamədə göstərilir ki, büdcə dövlətlərin könüllü ayırmalarıdan formalaşır.
-Üzvülük 3 illik və daimi müəyyən edilib. Daimi üzv olmaq üçün 1 000 000 000 dolar ödənilməlidir. Beynəlxalq təşkilatlarda adətən üzvlük daimidir. Yalnız beynəlxalq təşkilatın daxilindəki qurmlarda rotasiya keçərlidir (Məsələn BMT-nin 6 əsas orqanında olduğu kimi)."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31