AZ

İsrail Qəzzadan sonuncu girovun cəsədini geri qaytardı

İsrail hərbçiləri Qəzza zolağından girov götürülmüş sonuncu israilli girovun qalıqlarını geri qaytarıblar.

Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, şəxsiyyət müəyyənləşdirilməsi prosedurundan sonra bunların baş çavuş Rana Qvilinin qalıqları olduğu təsdiqləndi.

"Beləliklə, bütün girovlar Qəzza zolağından İsrail Dövlətinə qaytarıldı", - deyə ordu bildirib.
 
 

Seçilən
30
2
7news.az

3Mənbələr