Xarici İşlər Nazirliyi 27 yanvar – Beynəlxalq Holokost Qurbanlarını Anma Günü ilə bağlı paylaşım edib.
Redaktor.az xəbər verir ki, paylaşımda bu gün münasibətilə insanlıq tarixində ən ağır vəhşiliklərdən birinin qurbanlarını dərin hüznlə yad edilir.
“Biz soyqırımın və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına, dini və etnik nifrətə, eləcə də dözümsüzlüyün bütün formalarına qarşı mübarizəyə sadiqliyimizi bir daha təsdiqləyirik”, - paylaşımda vurğulanıb.