AZ

“İmişli” daha bir futbolçunu baxışdan keçirib

“İmişli” klubunun fasilə dönəmində baxışa çağırdığı futbolçulardan daha biri müəyyənləşib.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Qambiyanın “Brikama Yunayted” klubunda çıxış edən Abubakar Jarjunu sınaqdan keçirib.

Yarımmüdafiəçi əsas komanda ilə məşqlərdə də iştirak edib.

Bildirilir ki, baş məşqçi və klub rəhbərliyinin futbolçu ilə bağlı yekun qərarı hələ açıqlanmayıb. Lakin ilkin rəyə əsasən, “İmişli” komandasının baş məşqçi Jorj Kaşkilya oyunçunun çıxışından razı qalmayıb.

Qeyd edək ki, “İmişli” qış fasiləsində kolumbiyalı futbolçuları da baxışa dəvət etmişdi.

İdman.Biz
Seçilən
15
idman.biz

1Mənbələr