AZ

Ərdoğan ölən erməni əsgərlərinin ailələrinə 10 milyon dollar ayırıb?

Bəzi media orqanlarında və sosial media platformalarında yayılan "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanda ölən əsgərlərin ailələrinə və cəmiyyətdə ehtiyacı olanlara 10 milyon dollarlıq maliyyə yardımı ayırmaq barədə fərman imzalayıb" iddiaları tamamilə əsassızdır.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi bəyanat yayıb.

Bəyanatda ictimaiyyətə Türkiyəni və Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan dezinformasiyalara inanmamaq və yalnız rəsmi orqanların verdiyi açıqlamaları nəzərə almaq tövsiyə olunub.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç iki ölkə arasındakı qardaşlıq münasibətlərini hədəfə alan bu tipli xəbərləri tənqid edib.

Seçilən
28
publika.az

1Mənbələr