AZ

“Pulişiç üçün MLS hələ tezdir”

ABŞ millisinin keçmiş qapıçısı Bred Fridel Kriştian Pulişiçin MLS-ə mümkün transferi ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın "derbyderbyderby.it"ə istinadən məlumata görə, Fridel hesab edir ki, hazırda “Milan”ın formasını geyinən amerikalı yarımmüdafiəçi ABŞ çempionatı üçün hələ çox erkəndir.

“Pulişiçin MLS-də çıxış etməsi gələcəkdə mümkün ola bilər. Amma indi o, bu liqa üçün həddindən artıq güclü futbolçudur”

 Kriştian Pulişiç 2023-cü ildən İtaliya A Seriyasında çıxış edir. Hazırda “Milan” turnir cədvəlində 2-ci yeri tutur və növbəti turda “Bolonya” ilə üz-üzə gələcək.

Seçilən
12
90deqiqe.az

1Mənbələr