Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı fərmanlaTürkiyənin müharibədə həlak olmuş erməni əsgərlərinin ailələrinəyardım göstərəcəyi barədə yayılan iddialar yalan çıxıb.
Trend xəbər verirki, Türkiyənin Dezinformasiya İlə Mübarizə Mərkəzi (DMM) sosialşəbəkələrdə yayılan məlumatı təkzib edərək bu kimi iddialarınTürkiyə-Azərbaycan münasibətlərini hədəfə aldığını qeyd edib.
Qurum rəsmi “X” səhifəsində bununla bağlı paylaşım edib:
“Bəzi media orqanlarında və sosial şəbəkələrdə yayılan,‘Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın Ermənistanda həlakolmuş əsgərlərin ailələrinə və cəmiyyətin yardıma ehtiyacı olantəbəqələrinə 10 milyon dollar maddi yardım ayrılmasını nəzərdətutan fərman imzaladığı’ barədə iddialar tamamilə əsassızdır.
İctimaiyyətin ölkəmizi və Türkiyə–Azərbaycan münasibətlərinihədəf alan dezinformasiyalara etibar etməməsi, yalnız rəsmiqurumlar tərəfindən yayılan açıqlamaları nəzərə alması xahişolunur”,-deyə məlumatda qeyd olunur.