AZ

ABŞ Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı FT-nin məlumatını təkzib edib

Vaşinqton Kiyevin ərazi güzəştlərindən imtina etməsi ilə bağlı şərhləri rədd edib...

Poliqon xəbər verir ki, ABŞ administrasiyasının mətbuat katibinin müavini Anna Kelli Financial Times qəzetinin Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı yaydığı məlumatı təkzib edib. Qəzet yazmışdı ki, ABŞ Kiyevə təhlükəsizlik zəmanətləri yalnız Donbasdan imtina etməsi şərti ilə təqdim edə bilər. Ağ Ev isə bu şərhi yanlışdır və əsassız hesab edir.

“ABŞ-ın sülh prosesində yeganə rolu tərəfləri razılaşmaya yaxınlaşdırmaqdır. Təəssüf ki, Financial Times anonim şəkildə yalan məlumat yayımlamağa imkan verir”, deyə Anna Kelli bildirib.

Xatırladaq ki, Moskva tərəfi dəfələrlə vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin Donbas ərazilərindən çıxarılması sülhün təmin olunmasının əsas şərtlərindən biridir. Bu mövqeyi, o cümlədən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və prezidentin köməkçisi Yuri Uşakov da ifadə edib.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr