Xidmətlər Zərfinə ilk mərhələdə ölüm riskinin ən yüksək olduğu ürək-damar xəstəlikləri üzrə dərman vasitələri daxil ediləcək.
Milli.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflər üzrə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu çərçivədə 28 adda təsiredici maddə, müxtəlif doza və kombinasiyalarda olmaqla cəmi 76 növ dərman vasitəsi vətəndaşlara təqdim olunacaq.
Mina Mikayılova
Milli.Az