AZ

Niyə ChatGPT ilə şəxsi məsələləri danışmamalısınız? XƏBƏRDARLIQ

Lent az saytına istinadən ain.az xəbər verir.

Amerikalı tədqiqatçılar süni intellektdən (AI) mütəmadi istifadə ilə depressiya və narahatlıq əlamətlərinin yaranması arasında birbaşa əlaqə müəyyən ediblər. Mütəxəssislərin fikrincə, hər gün neyroşəbəkələrdən istifadə edən insanlarda depressiya, təşviş və əsəbilik kimi psixoloji problemlərin yaranma riski xeyli yüksəlir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ alimləri genişmiqyaslı onlayn sorğu keçirərək müxtəlif ştatlardan 20 mindən çox respondentə müraciət ediblər.

Seçimdə fərqli cins, yaş və irqdən olan şəxslər yer alıb ki, bu da nəticələrin daha obyektiv olmasına imkan verib. İştirakçılara ChatGPT kimi neyroşəbəkələrdən nə qədər tez-tez və hansı məqsədlə istifadə etdikləri, həmçinin psixoemosional vəziyyətləri ilə bağlı suallar verilib.

Araşdırmanın nəticələri narahatedici olub: iştirakçıların ən azı 10%-i AI-dən hər gün istifadə edir, 5%-dən çoxu isə çat-botlara gün ərzində bir neçə dəfə müraciət edir, AI-dən gündəlik istifadə orta səviyyəli depressiya riskini təxminən 30% artırır.

Tədqiqatçılar diqqətçəkən bir məqamı da vurğulayıblar: əsas risk faktoru İİ-dən istifadə məqsədidir. Ən aktiv istifadəçilərin 87%-i süni intellekti şəxsi məqsədlər üçün tətbiq edib və məhz bu qrup daha həssas hesab olunub.

Eyni zamanda, neyroşəbəkələrdən yalnız iş üçün istifadə edənlər (təxminən 50%) və ya təhsil məqsədilə istifadə edənlər (11%-dən çox) arasında narahatlıq göstəriciləri daha aşağı olub.

Alimlər qeyd edirlər ki, süni intellektdən istifadəni əsasən peşəkar tapşırıqlarla məhdudlaşdırmaq depressiv vəziyyətlərin yaranma riskini xeyli azalda bilər. Araşdırmada ən yüksək həssaslıq 25–64 yaş aralığında olan şəxslərdə müşahidə olunub.

Mütəxəssislər bildirir ki, alqoritmlərə həddindən artıq güvənmək başqa təhlükələr də yaradır. Süni intellektin cavablarına alışan insanlarda tənqidi düşünmə qabiliyyəti zəifləyir və bu da onları dezinformasiyaya daha açıq edir.

Bundan əlavə, AI modelləri bəzən istifadəçini “razı salmaq” üçün cavablarını onun gözləntilərinə uyğunlaşdırır. Bu isə xüsusilə sağlamlıqla bağlı mövzularda ciddi risk daşıyır. Artıq elə hallar qeydə alınıb ki, süni intellektin “hallüsinasiyaları” real faciələrə səbəb olub.

Məlumata görə, ABŞ-da bir şəxs çat-botun tövsiyəsi ilə adi duz əvəzinə toksik bir maddə qəbul etdikdən sonra zəhərlənmə və psixoz keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
lent.az

2Mənbələr