AZ

Hamı serialdakı bu oxşarlıqdan danışır

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, narkotik tetsinin nəticəsi müsbət çıxan “Kızılcık şerbeti” serialının baş rol ifaçısı, Fatih rolunu canlandıran Doğukan Güngör aktyor heyətdən çıxarılıb.

Onun yerinə Emre Dinler seriala qoşulub.

Ölkə.az xəbər verir ki, illər əvvəl "Yaprak Dökümü" serialında da oxşar vəziyyətin yaşandığı ortaya çıxıb.

Beş mövsümlük serialda Şevket obrazını Caner Kurtaran canlandırırdı. Lakin iddialara görə, Kurtaran o zaman qadağan olunmuş maddələrdən istifadə edirdi. Və bu səbəbdən o, serialdan uzaqlaşdırılıb. O, çəkiliş cədvəlini pozan səbəb kimi göstərilən pozucu və məsuliyyətsiz davranışına görə serialdan uzaqlaşdırılıb. Caner Kurtaranın yerinə Hasan Küçükçetin seriala qoşulub.

Bu oxşarlıq sosial mediada trend mövzusuna çevrilib. Güngör və Kurtaranın oxşar taleyi yaşadıqlarına dair şərhlər edilib.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
olke.az

2Mənbələr