Agentliyin fəaliyyətinin əsas istiqaməti və məqsədi sosial müdafiə tədbirlərinin gücləndirilməsi, sığorta xərclərinin ödənilməsi və qanunvericilik fəaliyyətlərinin monitorinqidir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov qurumun ötən ilin yekunlarına və 2026-cı ilin hədəflərinə həsr olunmuş tədbirində çıxışı zamanı deyib.
Sədr bildirib ki, aktiv məşğulluq tədbirlərinin təşkili böyük əhəmiyyət kəsb edir:
“Hamımızın həyatında iş tapmaq prosesi olub. İş axtarmışıq, özümüzü təkmilləşdirmişik".
Əli Hüseynov