Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Sabah "Qalatasaray"ın UEFA Çempionlar Liqasının 8-ci tuir çərçivəsində həftəsində İngiltərənin "Mançester Siti" ilə səfərdəki qarşılaşmasını TRT 1 kanalı canlı yayımlayacaq.
Mia.az Türkiyə mətbuatna istinadla xəbər evrir ki, oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Oyunu ispaniyalı hakim Alejandro Hernandez idarə edəcək. Hernandezə Xose Naranjo və Dieqo Sançez Rojo yan hakimləri təyin edilib. Dördüncü hakim isə ispaniyalı Xose Luis Munuera olacaq.
Məlumat üçün qeyd edək ki, "Qalatasaray" 7 oyunda 3 qələbə, 1 heç-heçə və 3 məğlubiyyətlə 10 xal toplayıb. Bu nəticə ilə "Qarabağ"ı (top fərqində 18-ci yerdə idi) qabaqlayan Qalatasaray 17-ci yeri tutub.
"Mançester Siti" isə 4 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə 13 xalla 11-ci yerdə qərarlaşıb.
"Sarı-qırmızılı" komanda "Mançester Siti"yə qalib gələrək 36 komandalı liqa mərhələsini ilk 16-lıqda başa vurmağa çalışacaq. Əgər böyük bir sürpriz olmasa, sarı-qırmızılı komanda UEFA Çempionlar Liqasının ilk 24-lüyündə yer alacaq və pley-offda sıralanmış yer uğrunda mübarizə aparacaq.
Fərid ASLAN
MİA.AZ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.