AZ

HPV peyvəndi İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil ediləcək? - AÇIQLAMA

ÜST və Səhiyyə Nazirliyi ilə birlikdə HPV peyvəndləri ətrafında müzakirələrimiz olub.

Day.Az xəbər verir ki, bunu Trend-in sualına cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflər üzrə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu müzakirələr HPV peyvəndinin İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə əlavə edilməsi ətrafında olmayıb:

"Müzakirələrimiz əsasən HPV peyvəndinin ölkədə tətbiqi və bu peyvəndin xeyirləri barədə olub. Burada bir məqam var ki, bu peyvəndi təqdim edən şirkətlər endirimli qiymətlər təklif edir. Düşünürəm ki, bu, ÜST ilə Səhiyyə Nazirliyinin qərar verəcəyi məsələdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olaraq biz də üzərimizə nə düşsə, edəcəyik".

Seçilən
23
1
day.az

3Mənbələr