AZ

ARDNF Avropa və Şimali Amerikaya yatırımları azaldıb

BAKI, 27 yanvar. TELEQRAF

2025-ci ildə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 25,9%-ni Avropaya, 23,9%-ni isə Şimali Amerikaya yatırılan investisiyalar təşkil edib.

Teleqraf Fonda istinadən xəbər verir ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,8 faiz bəndi və 4,1 faiz bəndi azdır.

Hesabat dövründə fondun investisiya portfelinin 8%-ni Asiyaya (4,9 faiz bəndi azalma), 1,4%-ni Yaxın Şərqə (0,8 faiz bəndi artım), 0,9%-ni Yeni Zellandiya və Avstraliyaya (0,2 faiz bəndi artım), 0,1%-ni Latın Amerikaya yatırılan investisyalar təşkil edib. Fondun Afrikaya yatırılan investisyaları isə portfelin 0,02%-nə bərabər olub.

Seçilən
19
teleqraf.com

1Mənbələr